Amerika

Tramp Pentaqonun adını dəyişdirdi

6 Sentyabr 2025 20:36
Baxış: 525
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi "dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına" malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də "eyni aqibətlə" üzləşəcək.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib: "Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin siyasi cəhətdən korrektəyə məcbur olduq".

Qeyd edək ki, ABŞ Müharibə Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, 1947-1949-cu illərdə Ordu Nazirliyi, 1949-cu ildən isə ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.