İdman

19 yaşlı futbolçularımız üzümü güldürdü - 2-ci qələbə

6 Sentyabr 2025 16:12
Baxış: 365
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması "Slovenia Nations Cup" yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.

Milli.Az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.

"Çatez" stadionunda keçirilən görüş U-19-un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Rauf Qafarov (21-ci dəqiqədə) və Eltun Babazadə (57-ci dəqiqə, penalti) vurublar.

Qeyd edək ki, milli turnirdəki ilk matçında İslandiya seçməsi də eyni hesabla üstələmişdi. U-19 növbəti matçını sentyabrın 9-da Polşa komandasına qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.