Azərbaycan Afrika qitəsinin iqlim çağırışları ilə bağlı yüksək-səviyyəli iclas keçirib - FOTO
Bu gün Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi" adlı yüksək səviyyəli nazirlər iclası baş tutub. İqlim danışıqları prosesində Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti və ehtiyacları ilə bağlı tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasın açılış mərasimində COP29 Sədri Muxtar Babayev, COP30-un müəyyən edilmiş Sədri Andre Korrea do Laqo, Efiopiyanin planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqının Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış ediblər.
Çıxış zamanı M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətinə vurğu edib. O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.
COP30-un müəyyən edilmiş Sədri A.K. Laqo Afrikanın çağırışlarını diqqətdə saxladığına görə COP29 sədrliyini təşəkkür edərək, COP29 Sədrliyinin Afrika qitəsinin çağırışlarına xüsusi diqqət yetirilməsi ənənəsinin COP30 Sədrliyi tərəfindən davam etdiriləcəyini bildirib.
Efiopiyanin planlaşdırma və inkişaf naziri F.A.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib.
Afrika İttifaqının nümayəndəsi səfir A. Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun Tanzaniyadan olan sədri R. Muyunqinin açılış çıxışlarından sonra tədbir iki plenar iclasla davam edib. Afrika ölkələrinin müvafiq nazirləri və yüksək səviyyəli nümayəndələri qitənin iqlim dəyişmələri kontekstində xüsusi vəziyyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında öz əksini tapdığını və iqlim danışıqlarında bu məsələnin nəzərə alınmalı olduğunu vurğulayıblar. Onlar beynəlxalq diqqətin Afrikanın xüsusi vəziyyətinə yönəlməsinə əhəmiyyətli töhfə verən bu tədbirin təşkilinə, habelə yaradılmış imkana görə Azərbaycan COP29 Sədrliyini alqışlayıblar.
Plenar müzakirələrdə dövlətlər, habelə beynəlxalq qurum nümayəndələri və maraqlı tərəflər mövzu ətrafında fikir mübadiləsi apararaq, beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı Afrikanın öncülük edəcəyi həll yollarının əhəmiyyətli olacağına diqqət çəkiblər.
Yüksək-səviyyəli nazirlər iclasına COP29 Sədri Muxtar Babayev və COP30-un müəyyən edilmiş Sədri Prezidenti M.Babayev və Andre Korrea do Laqonun bağlanış nitqi ilə yekun vurulub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





