İnanıram ki, Şimal Axını-2 boru kəmərinin müzakirəsi kontekstində Berlin və Vaşinqton doğru yoldadır.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
NATO Zirvəsi çərçivəsində ABŞ Prezidenti Co Baydenlə keçirdiyi görüşdən danışan Merkel deyib:
"Baydenlə gələcək qaz tranzitinin Ukrayna üçün həyati əhəmiyyətə malik olması ilə bağlı həmfikirəm".
Qeyd edək ki, Merkellə Baydenin növbəti görüşü iyulun 15-də Vaşinqtonda keçiriləcək.
Milli.Az