Dünya

Gürcüstanda kütləvi tədbirlər üçün məkanın kirayə verilməsi qadağan olunub

9 Aprel 2021 20:05
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda toy, yubiley, şənlik, yas və bu kimi digər kütləvi mərasimlərin keçirilməsi üçün məkanların kirayəyə verilməsi qadağan olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərarda deyilir ki, təcrid, özünütəcrid və karantin qaydalarına edilən dəyişikliklərə əsasən, icarəçi məkanı icarəyə verərkən icarədarla müqavilə imzalamalı olacaq. Sənədə icarədara məkanda kütləvi tədbirləri keçirməyi qadağan edən bənd əlavə olunacaq.

Qeyd edək ki, ölkədə pandemiya səbəbindən 10 nəfərdən artıq şəxsin iştirakı ilə kütləvi mərasimlərə də qadağa qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.