Dünya

Bu peyvəndin qiyməti ucuzlaşdı

1 Aprel 2021 17:14
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federal Antiinhisar Xidməti "EpiVacCorona" koronavirus peyvəndinin qiymətini yarıya - 9541 rubldan 4210 rubla endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Novosibirsk Elmi Virologiya və Biotexnologiya Mərkəzi "Vektor" tərəfindən hazırlanan preparat 10 ampulalıq qablaşdırmada satılacaq.

"EpiVacCorona" Rusiyada qeydiyyata alınan üç peyvənddən biridir. Mart ayının əvvəlindən etibarən vaksinin yaşlı şəxslərə vurulmasına icazə verilib.

"Vektor" mərkəzinin qrip şöbəsinin müdiri Aleksandr Rıjikov "EpiVacCorona"nın yaratdığı immunitetin koronavirusun bilinən bütün mutasiyalarına qarşı təsirli olduğunu bildirib.

İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) isə "EpiVacCorona"nın üçqat immunitet meydana gətirdiyini iddia edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.