Dünya

Putin və Şoyqunun istirahətindən görüntülər yayılıb – VİDEO - FOTO

21 Mart 2021 19:57
Baxış: 2 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir tayqasındakı istirahətindən görüntülər yayılıb.

Sözügedən kadrlar "Rossiya 1" telekanalının efirində nümayiş olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, videoda Rusiya prezidentinin zirehli ağır texnikanı idarə etməsi, müdafiə nazirilə birgə piyada gəzintisi və nahar etməsi əks olunur.

Gəzinti zamanı Şoyqu dövlət başçısına öz emalatxanasını göstərib və burada ağacdan müxtəlif fiqurlar hazırladığını qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı ilk dəfə deyil ki, bu yerlərdə istirahət edir. Onun sözlərinə görə, Putin Şoyqu ilə birlikdə 2019-cu ildə Tuvada olub və dağlara qalxaraq, göbələk yığıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.