Dünya

Myanmada etirazlar zamanı 38 nəfər ölüb

15 Mart 2021 08:38
Baxış: 518
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bazar günü Myanma şəhərlərindəki etirazlar zamanı 38 nəfər həlak olub.

Bu barədə Myanma siyasi dustaqlarına yardım təşkilatı xəbər yayıb.

Məlumata əsasən, Yanqon, Mandalay, Baqo kimi şəhərlərdə təhlükəsizlik qüvvələri tərəfindən etirazların yatırılması zamanı 80 nəfər xəsarət alıb.

Bununla da ölkədə fevralın 1-dən başlayan etirazlarda ölənlərin sayı 126 nəfərə çatıb.

Təşkilatdan verilən məlumta görə, hazırda 2156 nəfər siyasi səbəblərdən Myanma həbsxanalarında saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.