Dünya

“COVID-pasportlar”ı Avropanın turizm ölkələrini xilas edəcəkmi?

11 Mart 2021 10:54
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"COVID-pasport" sahibi tərəfindən koronavirusa qarşı vaksinasiya prosedurunun keçməsini təsdiq edən sənəddir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə Avropa məmurları pandemiyadan öncəki dövr üçün xas olmayan bu yeni sənəd növünün tətbiqi məsələsini müzakirə ediblər.

Yığıncaq iştirakçıları qərara gəliblər ki, bu məsələnin hələ turizm mövsümünün başlanmasından əvvəl həll edilməsi ideal variant olardı, eyni zamanda, onlar buna bütün Avropa İttifaqında vaksinasiyanın qənaətbəxş səviyyəsinin təkan verməsinin lazım olduğunu etiraf ediblər. Bununla yanaşı, bəzi siyasətçilər vaxtı olmayan və ya peyvənd oluna bilməyən insanların ayrı-seçkiliyə məruz qalmamasının son dərəcə vacib olduğu fikrini dilə gətiriblər.

"COVID-pasport" ÜDM-nin böyük hissəsinin turizm sektoru sayəsində formalaşdığı ölkələr üçün xüsusilə vacibdir. Onun tətbiqinin turizm sektorunu xilas edib-etməyəcəyini cari mövsüm göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.