Dünya

Çin ordusuna təcili əmr verildi: "Döyüşə hazır olun"

10 Mart 2021 13:11
Baxış: 1 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin sədri Si Cinpin orduya "müharibəyə hazır olun" əmri verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. Ölkə rəhbəri bildirib ki, ordu Çinin üzləşə biləcəyi bütün hallara cavab vermək üçün hazır olmalıdır:

"İmkanların artırılması və döyüşə hazırlıq arasındakı əlaqə ordu tərəfindən koordinasiya edilməlidir. Hər cür təhlükələrə və çətin vəziyyətlərə cavab verməyə hazır olmalı, ölkənin suverenliyini, təhlükəsizliyi və maraqlarını müdafiə etməlidir".

Qeyd edək ki, Asiya-Sakit okean bölgəsindəki mövqe uğrunda Çin və ABŞ arasında gərginlik artıb. Çin ABŞ-a gərginliyi artırmamaq barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.