Dünya

Bazel şəhərində Xocalı soyqırımı anılıb

24 Fevral 2021 19:59
Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cü ildönümünə həsr edilmiş "Xocalıdan danışaq!" mövzusunda ədəbi-bədii videogörüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komiəsindən Milli.Az-a bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan virtual tədbirə İsveçrənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız qoşulublar.

Tədbir iştirakçılarını salamlayan "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyeva bildirib ki, xalqimizin qan yaddaşına yazılmış Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Odur ki, belə faciələrin bir daha təkrarlanmaması naminə dünya birliyi erməni faşizmi kimi qorxulu meyllərin meydana çıxmasına yol verməməli, Xocalı soyqırımını rəsmən tanımalı, cinayətkarların məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

Xocali hadisələrinin şahidi olan Vüqar Cəfərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdikləri vəhşiliklərdən danışıb, ömrünün sonuna qədər erməni faşizminin xalqımızın başına gətirdiyi müsibətləri unutmayacağını, cinayətkarların ədalət mühakiməsinə cəlb olunmasının vacibliyini bildirib.

Tədbirin bədii hissəsində Xocaliya həsr edilmiş şeirlər, xanəndə Rəvanə Qurbanovanın və tarzən Rövşən Qurbanovun ifasında muğam parçaları səsləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.