Dünya

Dünyanın ən nüfuzlu ölkələri açıqlandı

13 Fevral 2021 09:15
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "The CEOWORLD magazine" biznes jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu ölkələrinin reytinqini dərc edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, dövlətlərin ranqlaşdırılması üçün 11 meyardan istifadə olunub: hərbi güc, beynəlxalq ittifaqlar, ölkə rəhbərliyinə hörmət, beynəlxalq ticarət və səyahət, iqtisadi güc, mədəniyyət, diplomatik təsir, qlobal diaspor, KİV-də təsiri, ehtiyacı olan ölkələrə yardım və digər ölkələrlə bağlılıq.

Reytinq 280 mindən çox respondentin iştirak etdiyi sorğu əsasında tərtib edilib. Siyahıya 57 dövlət daxildir. İlk onluqda ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Hindistan, İtaliya və İsrail yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.