Dünya

Koronavirusla bağlı SON STATİSTİKA

8 Fevral 2021 10:06
Baxış: 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada 106 685 660 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, virusdan 2 327 308 xəstə ölüb, 78 385 220 nəfər sağalıb.

Şimali Amerikada 31 604 428, Avropada 31 328 229, Asiyada 23 579 995, Cənubi Amerikada 16 433 575, Afrikada isə 3 688 321 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (27 611 403 nəfər), Hindistan (10 838 843 nəfər), Braziliya (9 524 640 nəfər), Rusiya (3 967 281 nəfər) və Böyük Britaniyadır (3 945 680 nəfər).

Türkiyədə 2 531 456, İranda 1 466 435, Gürcüstanda 262 024, Ermənistanda isə 168 088 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyadadır (76 661 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 231 154 nəfərin 3 158-i ölüb, 225 246-sı sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.