Dünya

Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər ölüb

16 Yanvar 2021 21:19
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 168 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 550 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr  8 005, ağır xəstələr isə 2 265 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 380 665 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 254 052 nəfər sağalıb, 23 832 nəfər isə ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.