Dünya

Güclü mühafizə olunan Yaponiya İmperatorunun sarayına naməlum şəxs girə bilib

3 Yanvar 2021 18:06
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya İmperatoru Naruhito və şahzadələrin yaşadığı İmperatorluq Sarayına naməlum şəxs daxil ola bilib.

Milli.Az APA-ya istinadən bildirir ki, əslində çox güclü mühafizə edilən saraya naməlum şəxsin girə bilməsi hamını təəccübləndirib. Mühafizə əməkdaşları onu 2 saat sonra aşkar edə biliblər.

Saraya daxil olan 29 yaşlı şəxsin adı açıqlanmır. Onun Sarayın qonaqlar üçün nəzərdə tutulmuş kompleksə daxil ola bildiyini söyləyirlər.

Saxlanılan şəxs polisə bildirib ki, o, İmperator ailəsinin üzvləri ilə tanış olmaq istəyirmiş. Naməlum şəxsin saraya necə daxil olması ilə bağlı araşdırmalar davam edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.