Dünya

Yaponiya İmperatorundan ilk

1 Yanvar 2021 20:53
Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya İmperatoru Naruhito ilk dəfə xalqı Yeni il münasibətilə videomüraciət vasitəsilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İmperator Naruhito və İmperatriçə Masako koronavirus pandemiyasının ziyan vurduğu insanlara təsəlli veriblər, həmişə onların yanında olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Yaponiya İmperator sarayının ərazisində təşkil edilən salamlama ilk dəfə olaraq cari ildə ləğv edilib.

İmperator Naruhito videomüraciətində insanların sağlamlığının mühafizəsində dayanan səhiyyə işçilərinə və sosial təminat sahəsinin digər işçilərinə xüsusi minnətdarlığını ifadə edib.

Hələ qədim dövrlərdən insanların yoluxucu xəstəliklərə qarşı fədakarlıqla mübarizədə qalib gəldiyini xatırladan İmperator, bunun məhz milli birlik və təmkinlə əldə edildiyini qeyd edib. Bu çətin dövrdə insanları biri-birinin yanında olmağa çağıran monarx, bu ağır günlərində tezliklə arxada qalacağına ümidvar olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.