Dünya

İran Ermənistanda yaranan çətin şəraitdə bu ölkə ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib

29 Dekabr 2020 12:49
Baxış: 1 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Ermənistan səfiri Artaşes Tumanyanla görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, görüşdə Ermənistan səfiri Ə. Şamxaniyə Ermənistan və Dağlıq Qarabağda mövcud vəziyyət, eyni zamanda bölgədə cərəyan edən proseslər barədə məlumat verib.

Stabil və davamlı sülhün bərqərar olması üçün İran İslam Respublikasının mövqeyini vurğulayan Ə. Şamxani, İranla Ermənistan arasında, xüsusən də bu ölkədə yaranan çətin şəraitdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.