Dünya

Cənubi Koreyada sərt karantin rejiminə baxmayaraq gündəlik yoluxmada yeni antirekord qeydə alınıb

25 Dekabr 2020 19:09
Baxış: 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyada COVID-19 pandemiyası səbəbindən tətbiq olunan sərt karantin rejiminə baxmayaraq, gündəlik yoluxma sayındakı artım dinamikası davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən sutka ölkədə gündəlik yoluxmada yeni antirekord qeydə alınıb. Belə ki, ötən gün 1241 nəfərin yeni növ koronavirusa yoluxduğu təsdiqlənib.

Bir neçə gündür ki, Cənubi Koreyada sərt karantin rejimi tətbiq olunur. Qaydalara əsasən, 5 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır. Hökumət əhalini sosial məsafə qaydalarına əməl etməyə, ciddi səbəb olmadığı təqdirdə evdən çıxmamağa çağırıb. Qaydaları pozanlar 3 milyon Koreya vonu (2700 ABŞ dolları) məbləğində cərimələnəcək.

Hökumət virusun yayılmasını azaltmaq üçün bütün qış kurort mərkəzlərinin, habelə yeni təqvim ilinin ilk günü günəşin doğmasını müşahidə məkanlarının fəaliyyətini dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.