Dünya

Alyaskada vaksin olunan tibb işçisi xəstəxanaya yerləşdirildi

17 Dekabr 2020 18:44
Baxış: 1 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da vaksin olunan tibb işçisinin səhhətində problemlər yaşanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hadisə Alyaska ştatında baş verib. Vaksin olunan tibb işçisinin bir neçə saat sonra qəfil halı pisləşib. O, xəstəxanaya yerləşdirilib. Tibb işçisinin "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsalı olan vaksindən istifadə etdiyi bildirilir. Hazırda xəstə müşahidə altındadır və həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, bu, sözügedən vaksinlərin istifadəsindən sonra yaranan ilk belə hal deyil. Bir müddət əvvəl Böyük Britaniyada da eyni vaksindən istifadə edən şəxsin halı pisləşmişdi. Həmin vaksinlərin allergik təsirləri olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.