Dünya

Hindistanda son sutkada 77,2 min nəfərdə koronavirus aşkarlanıb

29 Avqust 2020 08:48
Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda son 24 saat ərzində 77,2 min nəfər koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.

Bu günədək ölkədə virusa yoluxanların sayı 3,4 milyon nəfərə çatır. Onlardan 63 minə yaxın nəfəri ölüb. Sağalananların sayı təxminən 2,7 milyon nəfər təşkil edir.

Bildirilir ki, virus əsasən məhdud səhiyyə mənbələri olan kənd yerlərində və təcrid olunmuş cəmiyyətlərdə yayılır.

Bir çox mütəxəssis Hindistanda koronavirusun yayılması probleminin əslində daha da geniş olduğunu güman edir və bunu ölkədə kifayət qədər testin keçirilməməyi ilə əlaqələndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.