Dünya

ÜST COVID-19-un mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb

22 Avqust 2020 08:34
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ÜST-ün təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove cümə günü keçirilən brifinqdə deyib.

Qrupun rəhbəri bildirib ki, mutasiyanın müəyyən edilməsi üçün yaradılan xüsusi işçi qrupu hazırda sözügedən prosesin necə baş verməsini, onunla davranmanın optimal yollarını araşdırır.

Maria Van Kerkxove əlavə edib ki, COVID-19-un mutasiya dövründə hansı təsirə malik olmasını müəyyənləşdirmək məqsədilə daha çox araşdırma tələb olunur.

Qeyd edək ki, ÜST-ün son məlumatına görə, dünyada 22,2 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 782 mindən çox insan ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.