Dünya

Koronavirus Kanadanın baş nazirinin xanımını da haqladı - FOTO

13 Mart 2020 11:44
0 Şərh     Baxış: 1 751
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kanadanın baş naziri Castin Tryüdonun xanımı Sofi koronavirusa yoluxub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Kanadanın birinci xanımı əri ilə birlikdə Böyük Britaniyadan səfərdən dönəndən sonra özündə virusa yoluxma əlamətləri aşkar edib. Aparılan analizlər onda Covid-19 virusunun olduğunu təsdiqləyib. Bildirilir ki, baş nazir Londondan qayıdandan sonra özünü təcrid rejiminə keçmişdi və evdən işləyirdi.

Birinci xanımın müalicəsi və səhhətinin necə olduğu barədə məlumat verilmir. Virus bundan əvvəl də dünyanın bir sıra ölkələrində siyasi elitaların yüksək rütbəli üzvlərində aşkarlanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.