Dünya

Beş uşaq anası körpəsini boğub zibilliyə atdı

10 Mart 2020 20:11
0 Şərh     Baxış: 1 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Adıyaman vilayətində qadın üç ay əvvəl dünyaya gətirdiyi övladını öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ana körpəni xəstəxanaya müayinəyə gətirməyib.

Ana ilə əlaqə saxlaya bilməyən tibb işçiləri bu barədə polisə məlumat verib.

Uşağı evdə tapmayan hüquq-mühafizə orqanı əməkdaşları qadını istintaqa cəlb ediblər.

Məlum olub ki, qadın körpəsini yastıqla boğub öldürüb və zibil yeşiyinə atıb.

Əri həbsxanada olan qadının beş uşaq anası olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.