Dünya

Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı 6 mini ötüb

1 Mart 2020 11:45
0 Şərh     Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çindən kənarda son sutka ərzində 1,3 mindən artıq yeni növ koronavirusa yoluxma halı təsdiqlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında deyilir.

Bildirilir ki, Çindən kənarda 53 ölkədə yeni növ koronavirusa yoluxanların sayı 6009 nəfərə çatıb.

Bundan əlavə, sutka ərzində koronavirusdan 19 nəfər ölüb və ölüm hallarının sayı 86-ya çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,8 min nəfər yoluxub, onlardan 2870 nəfəri ölüb, 41,8 mindən çoxu isə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.