Dünya

Mafiyadan inanılmaz əməl - Avropa Birliyinin pullarını mənimsədilər

17 Yanvar 2020 07:00
0 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Siciliya adasında Avropa Birliyinin ayırdığı pulları mənimsəyən mafiya üzvlərinə qarşı əməliyyat təşkil edilib.

Milli.Az xəbər verir ki, əməliyyat zamanı 94 şübhəli nəzarətə götürülüb. 151 şirkətdə yoxlamalar başlayıb. 194 nəfər barəsində araşdırmalar davam edir. Şübhəlilərin 7 il ərzində 10 milyon dollar mənimsədiyi bildirilir. Nəzarətə götürülənlər arasında mafiya üzvləri ilə yanaşı bələdiyyə sədrləri və yerli dövlət qurumlarında çalışan işçilər də var.

Məlumata görə, Avropa Birliyinin İtaliyada kənd təsərrüfatının inkişafı üçün ayırdığı pulları cinayətkarlar müxtəlif yollarla mənimsəyiblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.