Dünya

Haftarın ordusu İtaliya gəmisini saxladı

12 Yanvar 2020 18:26
0 Şərh     Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Marşal Xəlifə Haftarın rəhbərliyindəki Liviya Milli Ordusu bu gün Misrata limanına üzən İtaliyaya aid gəmini saxlayıb.

Milli.Az axar.az xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun dəniz qüvvələrinin rəsmi nümayəndəsi Əli əs-Sabit deyib.

"Liviya Milli Ordusuna aid gəmi Hərbi Dəniz Qüvvələrinin qərargah komandirinin Misrata və Xüms limanlarına girişi qadağan edən əmrinə uyğun olaraq, İtaliya gəmisini istiqamətini dəyişdirməyə məcbur edib. Hazırda gəminin heyəti sorğu-sual edilir və axtarış aparılır", - Əs-Sabit bildirib.

Onun sözlərinə görə, İtaliyaya məxsus ticarət gəmisində silah tapılacağı təqdirdə heyət üzvləri istintaqa cəlb olunacaq. Heç bir şey tapılmasa, heyət üzvləri azad ediləcək.

Qeyd edək ki, Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Milli Razılıq Hökumətinin nəzarətində olan Misrata və Xüms limanlarına gəmilərin girişini bağlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.