Dünya

İran 1-2 ilə nüvə silahına sahib olacaq - Fransalı nazir

10 Yanvar 2020 16:13
0 Şərh     Baxış: 1 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran 2015-ci ildə Vyanada imzalanan Beynəlxalq Nüvə Razılaşmasının tələblərini pozmağa davam etsə, 1-2 ilə nüvə silahına yiyələnəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan İv Lö Drian yerli radiolardan birinə açıqlamasında deyib.

Qeyd edək ki, SEPAH-ın Qüds komandiri, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İran hökuməti nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini açıqlamışdı. İran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcəyini, sanksiyaların ləğvi və maraqların təmin ediləcəyi halda Tehran rəhbərliyinin razılaşmaya qayıtmağa hazır olduğunu bəyan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.