Dünya

Litva iqlim dəyişikliyinə qarşı tədbirlərin səmərəliliyi indeksi üzrə lider olacaq

18 Dekabr 2019 22:28
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "NewClimate Institute" və "Germanwatch" təşkilatlarının, eyni zamanda, "Climate Action Network" beynəlxalq şəbəkəsinin mütəmadi olaraq apardıqları araşdırmanın nəticəsinə əsasən, iqlim dəyişikliyinə qarşı tədbirlərin səmərəliliyi indeksi üzrə Litva 2020-ci ildə inkişaf etməkdə olan Avropa ölkələri arasında ən yüksək yeri tutacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən il altıncı yerdə olan Litva bu il 57 ölkənin yer aldığı siyahıda 66,22 xalla səkkizinci yerdə qərarlaşıb. Bununla da regionda ən yaxşı göstəriciyə malik ikinci ölkə olub.

Latviya səkkiz pillə enərək 60,75 xalla 15-ci, Estoniya isə 48,05 xalla 31-ci yerdə qərarlaşıb.

Bolqarıstan və Polşa həm ən aşağı siyasət reytinqinə, həm də yenilənən enerji üzrə ən aşağı nəticələrə malik olan Avropa İttifaqı ölkələridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.