Avro-Atlantika yaxınlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın NATO-ya inteqrasiyası postsovet məkanında qızışmaqda olan geosiyasi qarşıdurmanın tərkib hissəsidir
NATO-nun Uelsdə keçirilən sammitində Gürcüstana Şimali Atlantika Alyansı ilə "Gücləndirilmiş əməkdaşlıq" paketi təqdim edilib. Bu, Tiflisin Avro-Atlantik məkana inteqrasiya yolu seçdiyinin təsdiqləməklə yanaşı, Cənubi Qafqaz və ümumiyyətlə, postsovet məkanındakı geosiyasi proseslərə ciddi təsir göstərəcək.
"Gücləndirilmiş əməkdaşlıq" Gürcüstana NATO-nun kəşfiyyat məlumatlarını əldə etmək imkanı verir. Bununla yanaşı, onun alyansla müdafiə sahəsində əməkdaşlığı daha da güclənəcək. Buraya birgə hərbi təlimlərdə iştirak, Gürcüstan ərazisində alyans hərbçilərinin hazırlığı mərkəzinin yaradılması, ölkənin 2015-ci ildən çevik reaksiya qüvvələrinin sıralarına qəbul edilməsi də daxildir.
Bununla yanaşı, NATO yenə də Gürcüstana üzvlük üçün fəaliyyət planının (Membership Action Plan - MAP) verilməsini lazım bilməyib. Sammitdə yalnız qurumun 2008-ci ildə Buxarestdə keçirilmiş toplantısında qəbul edilmiş "Gürcüstan NATO-ya üzv olacaq" qərarı bir daha təsdiqlənib. Alyansın bu yanaşmasında üstünlük "Gürcüstanın mümkün üzvlüyə doğru irəliləməsi üçün lazım olan alətlər"ə verilir.
NATO-nun Gürcüstana MAR-ı təqdim etməkdən boyun qaçırmasına baxmayaraq, rəsmi Tiflis Uels sammitində əldə olunmuş nəticələri "çox vacib nailiyyət" sayır. Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin fikrincə, "indi Gürcüstan alyansa daha da yaxınlaşıb". Ölkənin müdafiə naziri İrakli Alasaniya isə bildirib ki, onun ölkəsi artıq "NATO-nun yüksək dəstə"sinə keçir.
Gürcüstan tərəfi, əlbəttə ki, Nyuport sammitində MAR əldə edəcəyini gözləmirdi. Ən azı ona görə ki, onlara bu vədi verməmişdilər. 2008-ci ilin avqustunda baş vermiş və Abxaziya və Cənubi Osetiya bölgələrinin faktiki olaraq Gürcüstandan ayrılması ilə nəticələnmiş müharibədən sonra Qərb Tiflisi ilə onun alyansa üzvlüyü istiqamətində strateji dialoqun sürətləndirilməsi ideyasından imtina edib. O vaxtdan Gürcüstan üçün NATO ilə münasibətlərdə quruma üzvlük deyil, inteqrasiya prosesindən ölkənin müdafiə sistemində islahatların aparılması üçün istifadə edilməsi daha çox aktuallıq qazanıb.
Uels sammitində Gürcüstana "Gücləndirilmiş əməkdaşlıq" paketinin təqdim olunmasına gəlincə, bu, şübhəsiz ki, Rusiya ilə Qərb arasında postsovet məkanında geosiyasi mübarizənin qızışması, ilk növbədə, Ukraynada yaşananlarla bağlıdır. Amma bu, NATO-nun yaxın gələcəkdə Gürcüstanı sıralarına qatmağa hazırlaşması anlamına gəlirmi? Gürcüstanın və ümumlikdə regionun təhlükəsizliyi məsələsində dünyanın aparıcı güc mərkəzləri arasındakı qarşıdurmanın əsas intriqası da məhz bu sualın cavabındadır.
Faktları, necə deyərlər, heç bir şey dəyişə bilməz. Onlar isə göstərir ki, Qərb, o cümlədən onun əsas hərbi-siyasi birliyi olan NATO Gürcüstan və Ukraynanı sürətli Avro-Atlantik yola sürükləsə də, həlledici məqamda onların ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə edə bilməyib. Belə olan təqdirdə elə həmin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı qərarın qəbul olunacağı təqdirdə, alyansın bu dəfə regional müttəfiqinin təhlükəsizliyini qoruya biləcəyinə zəmanət varmı? Hər halda, bu zaman Moskva tərəfindən Tiflisiə təzyiqlərin artacağına şübhə yoxdur.
Rusiya ilə açıq hərbi qarşıdurmanın yolverilməz olduğunu anlayan NATO Gürcüstanın alyansa qəbulu ilə bağlı konkret tarix söyləməkdən çəkinir. Bununla yanaşı, Qərb bir-birinin ardınca Tiflis ilə hərbi-siyasi əməkdaşlığın fəallaşdırılmasına yönəlmiş addımlar atır. Son günlər Pentaqon nümayəndələrinin Tiflisə etdikləri iki vacib səfər də bunu təsdiqləyir.
Əvvəlcə Gürcüstana ABŞ Dəniz Piyadaları Korpusunun komandanı Ceyms Amos baş çəkib. Amerikalı general Gürcüstan rəhbərliyi ilə "müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri"ni və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
NATO-nun Uels sammitindən dərhal sonra isə ABŞ-ın müdafiə naziri Çak Heygel Tiflisə şəxsən baş çəkib. Gürcüstanın NATO-ya üzv olacağı tarixlə bağlı detallara varmayan Pentaqon rəhbəri yalnız onu bildirib ki, "Gürcüstanın NATO-ya üzvlüyü bizim reallaşdırmağa çalışdığımız məsələdir və bu proses çox vacibdir". Heygelin ABŞ-ın Tiflis ilə hərbi əməkdaşlığı fəallaşdırmaq, xüsusilə Tiflisə UH-60 Black Hawk hərbi vertolyotları vermək niyyətini açıqlaması Vaşinqtonun Avro-Atlantik seçim etmiş Cənubi Qafqaz ölkəsində mövcudluğunu tədricən artırmaq məqsədini göstərir. Birləşmiş Ştatlar bu məqsədlə Rusiyadan qoşunlarını Gürcüstanla sərhəddən geri çəkməsini, Gürcüstanın qiyamçı bölgələri olan Abxaziya və Cənubi Osetiyadan çıxarmasını, bu tanınmamış respublikaların müstəqilliyinin tanınması qərarını ləğv etməsini tələb edir. Pentaqon rəhbərinin "Rusiyanın Gürcüstan və Ukraynadakı əməllərinin uzunmüddətli təhlükə olduğuna, Vaşinqtonun və müttəfiqlərinin ona çox ciddi yanaşdığına" dair bəyanatı isə Birləşmiş Ştatların Cənubi Qafqazda, ümumiyyətlə, postsovet məkanının Avropa hissəsində hökmranlıq uğrunda mübarizəni genişləndirmək niyyətini göstərir.
Bütün bunlarla yanaşı, Gürcüstanın "Gürcü arzusu" hərəkatının təmsilçiləri - prezident Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvilinin başçılıq etdiyi komanda Rusiyanın təzyiqlərinin Tiflisin Avro-Atlantik kursuna təsir imkanlarını minimuma endirməyə çalışırlar. NATO ilə "Gücləndirilmiş əməkdaşlıq" paketinin əldə olunması Tiflisin Moskva ilə münasibətlərdə son zamanlar müşahidə olunan yaxınlaşmanı təhlükə altına qoyacağı anlamına gəlmir. Bu mənada Gürcüstan prezidentinin "Avro-Atlantik kurs Rusiya ilə əlaqələrin inkişafına mane olmamalıdır" bəyanatı deyilənlərin sübutudur.
Tiflisin Moskva ilə avqust müharibəsindən sonra pozulmuş və "Gürcü arzusu"nun hakimiyyətə gəlişi ilə bir qədər canlanmış münasibətlərini gərginləşdirmək istəmədiyini Marqvelaşvili ilə Qaribaşvilinin Ukrayna böhranı ilə bağlı ortaya qoyduqları mövqe də təsdiqləyir. Gürcüstan, şübhəsiz ki, Krımın Rusiyaya birləşdirilməsini və separatçıların Ukraynanın şərqindəki əməllərini pisləyir. Amma bununla yanaşı, Gürcüstan rəsmiləri Ukrayna böhranı başlayandan bu günədək Moskva ilə münasibətlərin real olaraq pisləşməsinə səbəb olacaq heç bir kəskin addım atmayıblar. Nəticədə nisbi də olsa, sabit Rusiya-Gürcüstan münasibətlərinin davam etmə şansı var. Onların nəqliyyat və enerji sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətləri də bundan xəbər verir. Başqa məsələdir ki, Moskvanın Abxaziya və Cənubi Osetiya separatçılarına dəstəyi dayandırmasınadək Rusiya ilə Gürcüstan arasındakı siyasi dialoqda strateji irəliləyiş mümkünsüzdür. Rusiya isə bu məsələdə mövqeyinə yenidən baxmağı düşünmür. O, qiyamçı muxtariyyətlərin dəstəklənməsini Avro-Atlantik məkana istiqamət götürmüş Gürcüstana ən effektiv təzyiq vasitəsi sayır. Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə yeni problemlər yarada biləcək əlavə təzyiq resurslarını isə Rusiya "qoltuğunun altında" saxlayır. O, həmin vasitələrdən Gürcüstanın NATO-ya üzvlüyünün qaçılmaz olacağı təqdirdə istifadə edə bilər.
Bütün bunlar nəzərə alınarsa, Tiflis qarşısında reallaşdırılması son dərəcə çətin, amma yenə də mümkün olan vəzifə dayanır: postsovet məkanında qarşıdurmanın son dərəcə gərginləşdiyi bir şəraitdə dünyanın aparıcı güc mərkəzlərinin Tiflisdən poliqon kimi istifadə etməsinə imkan verməmək.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
-
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib
-
Ağdaşda maşın piyadanı vurub öldürdü
-
Bakıda güclü dolu metroda sərnişin sıxlığı yaratdı
-
İmtahanda dörd nəfər 300 bal topladı
-
Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Bu imtahanın nəticələri AÇIQLANDI
-
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
-
Bu ölkədə uşaq doğmaq qadağan edilir
-
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib
-
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
-
Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib
-
“Liverpul” 16 yaşlı ulduz alır
-
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
-
Putin onu görmək üçün ağlayan qızı BELƏ QARŞILADI - VİDEO
-
Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Bu sahədə çalışan qadınlar daha çox MAAŞ ALIRLAR
-
Ən yaşlı seçicinin görün neçə yaşı var
-
"Sabah" qolkiperini göndərdi





