Dövlət maraqları, yoxsa ifadə azadlığı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə hökuməti Twitter-in ardınca Youtube-a da qadağa qoydu. Qadağalar müvəqqəti xarakter daşısa da, təbii ki, məsələyə müxtəlif yanaşmalar meydana çıxdı. Qeyd edək ki, iki gün əvvəl Youtube-da Türkiyənin Suriyaya hərbi müdaxiləsi ilə bağlı aparılan müzakirələrin gizli səs yazısı yayımlanıb. İddialara görə, danışıqlarda Türkiyənin XİN başçısı Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firidun Sinirlioğlu, Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan və Baş Qərargahın 2-ci rəisi, general Yaşar Gülər iştirak edib. Aparılan söhbətdə Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatlara başlamasından söz açılıb.Ekspertlər hesab edirlər ki, sosial şəbəkələri bağlamaq Türkiyəyə xeyirdən çox, zərər gətirir
Bundan əvvəl isə Twitter-ə giriş əngəllənmişdi. Səbəb bu sosial şəbəkəni idarə edənlərin Türkiyə məhkəməsinin çıxardığı qərarları nəzərə almaması idi. Qadağalar ilk baxışdan ifadə azadlığına basqı kimi görünsə də, bəzi mütəxəssislər ortada dövlət və milli maraqlar olduğu halda, bunun normal qarşılanmasını iddia edirlər. Media hüququ üzrə ekspert Ələsgər Məmmədli öz Facebook səhifəsində maraqlı mövqe paylaşıb. Sosial şəbəkələrə qadağa qoyulmasını doğru və hüquqi addım hesab etmədiyini bəyan edən ekspert eyni zamanda qeyd edir ki, baş verənləri dövlət təhlükəsizlik refleksi çərçivəsində qiymətləndirdiyimizdə, qarşımıza başqa tablo çıxır. M.Ələsgərli məşhur Wikileaks olayını, saytın yaradıcısı Culiyan Assancın, həmçinin Assanca təxminən 700 min sənəd sızdırdığı bildirilən amerikalı əsgər Bradley Manninqin taleyini xatırladır:
"Assanc hazırda bir hücrə həyatı yaşayır, Manninq isə 3 il həbsxanada yatdıqdan sonra məhkəməyə çıxarıldı və 35 illik həbs cəzası aldı. Bunu xatırlatmaqda məqsədim Türkiyədə Youtube-a girişə maneə yaradılmasını dəstəkləmək deyil. Türkiyə ilk öncə öz dövlət təhlükəsizliyini təhdid edən ünsürləri deşifrə edərək məsuliyyətə cəlb etməlidir. Youtube-u əngəlləmək çıxış yolu deyil. Türkiyədəkilər birbaşa həmin qeydləri dinləyə bilməsələr də, dolayı yollarla yenə dinləyə bilərlər. Dünya isə birbaşa izləyər və dinləyər. Əlbəttə, əməliyyat qərargahı, kriz masası kimi mühitin gizli dinlənməsi suç təşkil edir və yayanlar da dövlət sirrini yaymış olur. Türkiyə içindəki köstəbəklərlə mübarizə aparmalıdır, sosial şəbəkələrlə yox".
Bizimlə söhbətində isə Ə.Məmmədli bildirdi ki, seçki öncəsi baş vermiş proseslərin birbaşa ifadə azadlığına qarşı yönəlməsini və ya əksini söyləmək çətindir: "İstənilən halda bir siyasi refleks var. Amma siyasi refleksin arxasında da bəzən proseslərə haqq qazandıran məqamlar olur. Bu, çox təhlükəlidir. Məsələn, o səsin yayılması. Mən düşünürəm ki, platformaları bütünlükdə məhdudlaşdırmaq düzgün deyil. Türkiyədə seçki ilə bağlı hökumətə qarşı kompromat prosesi gedir. Bunlar təkbaşına əldə olunan bir şeylər deyil, o informasiyaları əldə etmək üçün ciddi texnologiyalar işlənib. Əlbəttə bu, həm casusluq fəaliyyəti kimi, həm konstitusion quruluşa təhdid kimi müəyyən formada cinayət məsuliyyəti yarada bilər. Sosial şəbəkələr və dövlət maraqları məsələsinə gəlincə, istənilən halda dövlətlər öz mənafelərini qoruyurlar. Məsələn, mən Amerikada baş verən Wikileaks olayından misal gətirdim. Manninq məhkəmədə özünə haqq qazandırırdı ki, mən ictimai maraqlara qulluq edərək bunu etdim. Amma ABŞ qanunlarına əsasən, o, 35 il müddətinə həbs edildi. Əlbəttə, balans qurmaq lazım olanda, ifadə azadlığı o zaman qorunur ki, onun cəmiyyətə verəcəyi fayda çox olsun. Məsələn, Quantanamoda ABŞ əsgərlərinin məhbuslarla davranışlarına aid çoxlu kadrlar zaman-zaman cəmiyyətə sızdı və nəticədə o həbsxana bağlandı. Yəni belə hallarda məlumatın yayılması problemin çözümünə səbəb olur. Sosial şəbəkələr də bu cür məlumatların yayılması üçündür. Amma elə hallar olur ki, dövlətin mənafeyilə cəmiyyətin informasiya almaq mənafeyi kəsişir. Bu zaman hansı üstün olmalıdır sualına gəldikdə, birmənalı olaraq dövlət sirləri yoxdursa, məsələ ictimai müzakirəyə çıxarılmalıdırsa, tutaq ki, prosedur düzgün işləmir, kimsə dövlət səlahiyyətindən istifadə edib qanunsuz işlərlə məşğuldursa, insan hüquq və azadlıqlarına təhdid varsa, informasiyanı yaymaq vacibdir. Heç bir ictimai əhəmiyyət yox ikən, iki dövlət qurumu rəhbərinin qanun çərçivəsində müzakirəsini dinləyib yaymaq isə cinayət məsuliyyəti yaradır. Sosial şəbəkənin burada suçu yoxdur, sosial şəbəkə bir platformadır və mənim nə yaymağıma nəzarət etmir. Bu aspektdən yanaşdıqda, Türkiyədə Youtube-un bağlanması yanlış addımdır.
Danışıqları dinləyib yayanları tapıb cəzalandırmaq lazımdır. Əks halda, dövlət haqlı ikən haqsız duruma düşür. Sosial şəbəkələrin, sosial medianın missiyasını düzgün dərk etmək lazımdır. Onlar bizim sirlərimizi öyrənib yaymırlar, yayanlar onlardan istifadə edirlər. Bax, həmin o yayanları tapıb cəzalandırmaq lazımdır".
Media eksperti Azər Həsrət Twitter-ə giriş əngəllənən müddətdə Türkiyədə olduğunu və bundan əziyyət çəkdiyini dedi. Ekspertin sözlərinə görə, həm Twitter-in, həm Youtube-un bağlanması onun üçün anlaşılan deyil: "Çünki istər Twitter-də, istər Youtube-da Türkiyə hakimiyyətinin şikayətinə səbəb olan məqamlar var, yəni konkret şəxslərin hesablarından edilən paylaşmalar hakimiyyət başındakı şəxsləri narahat edir. Buna görə bütün o xidmətləri bütövlükdə bağlamaq doğru deyil. Konkret insanlarla bağlı Twitterə də, Youtube-a da müraciət edib hesabları bağlatmaq olardı, bunun üçün məhkəməyə də müraciət etmək mümkün idi. Verilən qərar isə söz və ifadə azadlığına zidd bir şeydir. Bunu dünyanın heç bir ölkəsi dəstəkləyə bilməz, o cümlədən də Azərbaycan. Azərbaycanda bilirsiniz ki, Youtube-dan da, Twitter-dən də, Facebook-dan da bəzən narazılıqlar olur, ayrı-ayrı məmurlar müxtəlif səviyyələrdə öz etirazlarını bildirirlər, amma Azərbaycan hakimiyyəti heç vaxt bu xidmətləri birdəfəlik yasaqlamaq haqqında nəinki qərar vermir, bunu heç ağlına da gətirmir. Yəni bizdə bu məsələlər çox sivil şəkildə tənzimlənir, hətta hansısa hesabların yasaqlanmasından söhbət gedə bilməz. Türkiyədə bu addımlar dövlət maraqları bəhanəsi ilə atılır, amma açığını deyim ki, burada şəxsi maraqlar daha çox diqqət çəkir. Bunu da həyata keçirərək Türkiyə kimi dövləti dünya ilə üz-üzə qoymaq əksinə, dövlətə daha çox zərər verir, nəinki hansısa səs yazısının, videonun paylaşılması".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayın sözlərinə görə, burada söhbət dövlət və vətəndaş cəmiyyəti arasındakı münasibətdən gedir: "Ən yaxşı ölkə o ölkədir ki, orada bu münasibətlərdə qızıl ortaq tapılır. Yəni elə bur mövqe olur ki, həm dövlətin mənafeyinə zərər gəlmir, həm də cəmiyyətin maraqları təmin oluna bilir. Ona görə də əlbəttə, dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri nə qədər təmasda olurlarsa, nə qədər məsləhətləşmələr apara bilirlərsə, o qədər asan ortaq mövqeyə gələ bilirlər. O zaman ki uçurum, boşluq yaranır, onda ortaq mövqe tapılmır, hüdudlar pozulur. Hesab edirəm ki, dövlətin özünün maraqlarının təminatı baxımından sosial şəbəkələrin işləməsi də yaxşıdır. Çünki sosial şəbəkələrin olması vətəndaş cəmiyyətinin daha çox maariflənməsi deməkdir".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
“Növbəti hücuma cavab fərqli olacaq” - Tehran xəbərdarlıq etdi
XƏBƏR LENTİ
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)





