Türkiyə hökuməti Twitter-in ardınca Youtube-a da qadağa qoydu. Qadağalar müvəqqəti xarakter daşısa da, təbii ki, məsələyə müxtəlif yanaşmalar meydana çıxdı. Qeyd edək ki, iki gün əvvəl Youtube-da Türkiyənin Suriyaya hərbi müdaxiləsi ilə bağlı aparılan müzakirələrin gizli səs yazısı yayımlanıb. İddialara görə, danışıqlarda Türkiyənin XİN başçısı Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firidun Sinirlioğlu, Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan və Baş Qərargahın 2-ci rəisi, general Yaşar Gülər iştirak edib. Aparılan söhbətdə Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatlara başlamasından söz açılıb.Ekspertlər hesab edirlər ki, sosial şəbəkələri bağlamaq Türkiyəyə xeyirdən çox, zərər gətirir