Dünya

Xamenei hazırda haradadır?

27 Avqust 2026 13:18
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran mənbələri Müctəba Xameneinin əslində hansı vəziyyətdə olduğunu açıqlayıb.Müctəba Xameneinin taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. İran hökumətinin bir neçə mənbəyi ölkənin ali liderinin öldüyünü və ya beyin ölümü keçirdiyini irəli sürüb. Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur.

Milli.Az Lent.az-a istinadən bildirir ki, bu barədə "The Atlantic" məlumat yayıb.

"Mən gesab edirəm ki, Müctəba ölüb və ya beyni ölümü vəziyyətindədir", - yüksək vəzifəli bir mənbə bildirib.
Mənbələr bu nəzəriyyənin lehinə olan arqumentlərdən biri ali rəhbərlə dolayı ünsiyyətin demək olar ki, tamamilə olmamasıdır. Digər iki İran hökumət rəsmisi də oxşar fikirlər bildirib. Onlardan birinə görə, Xamenei avqustun əvvəlində ölə və ya beyin ölümü keçirə bilərdi.

Müctəba Xameneinin atasının ölümündən sonra rəsmi olaraq İranın ali lideri təyin olunmasından təxminən altı ay keçib. Bu müddət ərzində o, bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb və onun son zamanlar çəkildiyi heç bir foto, video və ya audio yazısı ictimaiyyətə açıqlanmayıb.

Bundan əlavə, Müctəba Əli Xameneinin anım mərasimində iştirak etməyib və bunu özü təşkil etdiyi güman edilib. Bəzi yüksək vəzifəli İran rəsmiləri ali lideri heç vaxt şəxsən görmədiklərini etiraf edirlər.

Onların arasında Milli Təhlükəsizlik Şurasının üzvü olan xarici işlər naziri Abbas Araqçi də var.

Xamneinin taleyi ilə bağlı suallar onun avqustun 9-da prezident Məsud Pezeşkianla görüşü barədə xəbərlərdən sonra daha da şiddətlənib. Dövlət başçısı görüşə dəqiq yer barədə məlumat verilmədən gətirilib. Mediada prezidentin gizlilik üçün gözlərinin bağlı saxlanıldığı ehtimal edilib, lakin görüşün səhnələşdirildiyi barədə heç bir dəlil yoxdur.

Bu arada, İrandakı mənbələr iddia edir ki, Xameneinin vəziyyəti fevralın 28-də ABŞ-İsrail hava hücumunda aldığı xəsarətlərdən sonra kəskin şəkildə pisləşmiş ola bilər və nəticədə atası Əli Xamenei həlak olub. Avqustun 9-dan bəri onun ofisi yeni məlumatların dərcini faktiki olaraq dayandırıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.