Şou-biznes

Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)

25 Avqust 2026 11:36
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb.

Milli.Az bakıvaxtı.az-a istinadla xəbər verir ki, 2025-ci ilin sentyabrında vəfat edən aktyorun məzarüstü abidəsi artıq hazır vəziyyətə gətirilib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, uzun illər "Planet Parni iz Baku" KVN Teatrında fəaliyyəti ilə tanınıb, yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanıb.

Aktyor eyni zamanda müxtəlif televiziya və səhnə layihələrində iştirak edib. 2015-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb, 2021-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

Cabir İmanov 29 sentyabr 2025-ci ildə 49 yaşında vəfat edib. Onun qəfil ölümü sənət ictimaiyyətində böyük kədər yaradıb.

Aktyor Yasamal rayonunda yerləşən "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Hazırlanan məzarüstü abidə Cabir İmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.