İdman

“Lion” – “Fənərbağça” matçından sonra dava düşdü - (Video)

27 Avqust 2026 10:55
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Fənərbağça" Fransada "Lion"un qonağı olub.

Milli.Az xəbər verir ki, qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüşdə 1:1 hesablı heç-heçə edən "Fənərbağça" səfərdə qazandığı qələbə sayəsində iki oyunun nəticəsinə əsasən 3:2 hesabı ilə üstün olaraq 17 ildən sonra Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Lakin matçın final fitindən sonra meydanda gərginlik yaşanıb. "Fənərbağça" futbolçularının qələbəni qeyd etdiyi an "Lion" oyunçuları ilə aralarında mübahisə yaranıb.

Gərginliyin mərkəzində "Fənərbağça"nın fransalı futbolçusu Matteo Genduzi olub. O, komandasının qələbəsini qeyd edərkən "Lion" futbolçularının reaksiyası ilə qarşılaşıb.

Guendouzi rəqib oyunçuların etirazlarına əhəmiyyət verməsə də, mübahisə bir müddət davam edib. Tərəflər qısa müddət sonra bir-birindən uzaqlaşıb və gərginlik sona çatıb.

Hadisə matçın ardından sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.