Cəmiyyət

Nepalda 579 nəfər itkin düşüb - Azərbaycanlılar arasında varmı?

27 Avqust 2026 11:33
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nepal-Çin sərhədində baş verən daşqınlarda ölən, yaralanan və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bir məlumat daxil olmayıb.

Milli.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb, 570-dən çox insan itkin düşüb. Ümumilikdə, itkin düşənlərin siyahısında 579 nəfər var. Belə ki, 28 ölkədən 466 əcnəbi və 113 Nepal vətəndaşı itkin düşüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.