Hadisə

Sükan arxasında yuxuladı, avtomobili maneəyə çırpıldı – (Video)

27 Avqust 2026 12:14
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sosial şəbəkələrdə sükan arxasında yuxulayan sürücünün törətdiyi qəzanın görüntüləri yayılıb.

Milli.Az xəbər verir ki, kadrlarda sürücünün idarə etdiyi avtomobilin hərəkət istiqamətindən çıxaraq yol kənarındakı maneəyə çırpıldığı görünür.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rövşən Tağıyev bildirib ki, yuxululuq sürücünün diqqətini və reaksiyasını əhəmiyyətli dərəcədə zəiflədir. Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik mürgüləmə belə avtomobilin nəzarətsiz hərəkət etməsinə və ağır qəzanın baş verməsinə səbəb ola bilər.

O, sürücülərə uzun səfərlərdən əvvəl kifayət qədər istirahət etməyi, yolda yorğunluq və yuxululuq hiss etdikdə isə təhlükəsiz yerdə dayanaraq dincəlməyi tövsiyə edib.

Qeyd edək ki, yuxulu halda avtomobil idarə etmək həm sürücünün, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.