Adi 1 dollar sizi zəngin edə bilər: Bu əskinaslara diqqət edin! - (Foto-Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda da bir çox insanın uğur gətirdiyinə inanaraq portmonesində saxladığı köhnə 1 ABŞ dolları əslində böyük dəyər daşıya bilər. Bəzi nadir nümunələri hərraclarda yüzlərlə, bəzən hətta minlərlə dollara satılır.
Bu barədə Milli.Az-a numizmat Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, insanların böyük əksəriyyəti aşağı nominallı dollar əskinazlarına etinasız yanaşsa da, bəzən xəzinəyə bərabər olan əskinasları bilmədən xərcləyir və ya yararsız hala salırlar.
"Adi görünən 1, 2 və ya 10 nominallı dollar əskinasları elə olur ki, beynəlxalq hərraclarda üzərindəki nominal dəyərdən dəfələrlə yüksək qiymətə satışa çıxarılır. Belə fürsətləri əldən qaçırmamaq üçün sahib olduğunuz əskinazın əsas detallarını incələməlisiniz. Bunu hər bir insan edə bilər və hər hansı dərin numizmatik biliyə malik olmaq heç də vacib deyil", - deyə o bildirib.
F.Məmmədovun sözlərinə görə, əskinasın numizmatik dəyəri başlıca olaraq kolleksiyaçılar arasında formalaşan tələb və təklifdən asılıdır.
"Dollar əskinasını dəyərli edən əsas amillər onun dövriyyədə olmaması, əla vəziyyətdə olması, qeyri-adi və diqqətçəkən seriya nömrəsinin, prefiksin (seriyadan əvvəl gələn hərf) və suffiksin (seriyadan sonra gələn hərf) olub-olmaması və digər faktorlardır.
Seriya baxımından ən bahalı əskinaslar tək rəqəmli seriya nömrəsinə malik olanlardır. Məsələn, bütün seriya yalnız 1 rəqəmindən ibarət olur - təxmini belə bir formatda: A 111111111. Belə əskinaslar "Solid serial number" adlanır və kolleksiyaçılar onları hərraclardan yüzlərlə, yüksək MS dərəcələrində (dövriyyədə olmamış əskinaslara verilən dərəcələr) olduqda isə hətta minlərlə dollara əldə edirlər."
F.Məmmədov bildirib ki, bundan başqa, "near solid", yəni ikili rəqəmli seriya, "radar serial" - yəni radar siqnalı kimi müəyyən nöqtəyə qədər bir ardıcıllıqla davam edib, əks ardıcıllıqla geri qayıdan seriyalı əskinaslar da kifayət qədər nadir sayılır.
"Məsələn, "near solid" növündən olan 1 dollarlıq əskinas avqust ayında Heritage Auctions hərrac evində 268 dollara (təxminən 455 manata) satılıb. Bundan başqa, "pillar", yəni pilləkan tipli seriyalara da üstünlük verilir. Belə əskinaslarda seriya rəqəmləri adından da göründüyü kimi, pilləkən kimi ardıcıllıqla yüksəlir və ya azalır. Məsələn, 3456 və ya 6543", - deyə Fərhad Məmmədov bildirib.
Numizmat qeyd edib ki, ölkəmizdə bəzən çap normalarından sapmış, üzərində səhvlər və ya çap ləkələri olan, simmetriyası pozulmuş dollar əskinaslarını yararsız hesab edirlər.
"Əslində isə bu, həqiqi çap xətasıdırsa, amerikalı və avropalı kolleksiyaçılar həmin banknotlara çox yüksək məbləğdə pul təklif edirlər. Ən geniş yayılmış və axtarılan xətalara "Shifted Third Printing" (mərkəzdənqaçmış 3-cü çap elementləri ) misal göstərmək olar. Bu xəta çapın 3-cü mərhələsində, yəni seriya nömrələri, ABŞ Xəzinəsinin və Federal Ehtiyat Sisteminin möhürlərinin mərkəzdən kənara çıxması və nominalın mövqeyindən bir neçə millimetr sağa-sola və ya yuxarı-aşağı sürüşməsi zamanı baş verir.Məsələn, belə bir əskinaz avqustun 11-də Heritage Auctions hərracında 317 dollara satılıb. Bundan başqa, mürəkkəbin normadan artıq düşməsi və ya ümumiyyətlə düşməməsi, sol və sağ seriya nömrələrinin uyğunsuzluğu ("mismatched serial number") və onlarla müxtəlif təsdiqlənmiş çap xətası mövcuddur", - deyə o qeyd edib.
Məsələn, belə bir əskinaz avqustun 11-də Heritage Auctions hərracında 317 dollara satılıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi – (Foto)
-
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
-
Adi 1 dollar sizi zəngin edə bilər: Bu əskinaslara diqqət edin! - (Foto-Video)
-
Şəhid anası vəfat edib
-
40 telefon, 140 min manat və satılan ev - “İrşad Electronics”də qalmaqal - (Foto)
-
Yay bitməmiş hava dəyişir - Leysan, dolu... - Proqnoz
XƏBƏR LENTİ
-
Türkiyədə kəndçilər dəliyə döndü - Fındıq ağaclarını baltaladılar - (Video)
-
Xamenei hazırda haradadır?
-
Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi – (Foto)
-
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
-
Adi 1 dollar sizi zəngin edə bilər: Bu əskinaslara diqqət edin! - (Foto-Video)
-
Şəhid anası vəfat edib
-
40 telefon, 140 min manat və satılan ev - “İrşad Electronics”də qalmaqal - (Foto)
-
Yay bitməmiş hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
İlk hibrid mühərrikli Toyota Land Cruiser 300 - İndi Azərbaycanda satışdadır - (Foto)
-
Rusiya Ukraynanın neft zavodunu vurdu
-
Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı
-
Sükan arxasında yuxuladı, avtomobili maneəyə çırpıldı – (Video)
-
Xaçmazda dayanacaqlar dəyişir - Yeni pavilyonlar quraşdırılır
-
"Sevimli "quşcuğazım", axı mənimlə evlənəcəyinə söz vermişdin" - Rəşid Behbudovun qızı - (Foto)
-
UEFA Çempionlar Liqasında püşkatma: “Sabah”ın rəqibləri bəlli olacaq
-
Bu ölkədən ölkəmizə gələnlərin sayında artım gözlənilir
-
Məktəbli formalarının qiymətləri açıqlandı - Siyahı
-
Nepalda 579 nəfər itkin düşüb - Azərbaycanlılar arasında varmı?
-
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb
-
Əməkdar artist: "Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?"
-
Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Elza Seyidcahan Laçında bu obrazı ilə gündəm oldu - (Video)
-
Yuji Belezanın Rafael Ağayevlə maraqlı dialoqu - (Video)





