İlk hibrid mühərrikli Toyota Land Cruiser 300 - İndi Azərbaycanda satışdadır - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
75 illik irsə sahib Toyota Land Cruiser 2026-cı ildə tarixində yeni mərhələyə qədəm qoyur: Land Cruiser 300 ilk dəfə hibrid mühərriklə təqdim olunur. Əfsanəvi dözümlülük və yolsuzluq qabiliyyətini "Toyota"nın qabaqcıl hibrid texnologiyası ilə birləşdirən model artıq Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə mərkəzlərində satışdadır.
"Toyota"nın "Performans Hibridi" adlandırdığı LC300 Hibrid yüksək güc və sürətlənmə ilə yanaşı, səmərəliliyi də artırır. Model həmçinin "Toyota"nın müxtəlif bazarların ehtiyaclarına uyğun mühərrik seçimlərini dəstəkləyən Çoxyönlü İnkişaf (Multi-Path) strategiyasının bir hissəsidir.
Daha çox güc və yüksək səmərəlilik
Toyota-nın 3,5 litrlik twin-turbo V6 benzin mühərriki ilə M1 elektrik mühərrikinin birləşməsi güclü və səmərəli performans təmin edir. 464 at gücü və 790 Nm fırlanma anı LC300 Hibridi indiyədək istehsal edilmiş ən güclü Land Cruiser edir. 3,3 litrlik dizel versiyası ilə müqayisədə qaz pedalının reaksiyası 40%-ə qədər yaxşılaşıb, avtomobil 0-dan 100 km/saata 6,4 saniyəyə sürətlənir.
Orta yanacaq sərfiyyatı təxminən 10 l/100 km-dir. Avtomobil 30 km/saat sürətə qədər sırf elektrik rejimində hərəkət edə bilir. Benzin və elektrik mühərrikləri arasındakı keçidlər və 10 pilləli avtomat sürətlər qutusunun ötürmələri hiss olunmadan baş verir.
Üç komplektasiya: VX, ZX və GR SPORT
Beşyerlik LC300 Hibrid Azərbaycanda VX, ZX və GR SPORT versiyalarında təklif olunur. VX 18 düymlük disklər, LED işıqlandırma, 12,3 düymlük rəqəmsal cihazlar paneli və multimedia ekranı, JBL audio sistemi və dörd zonalı iqlim-kontrol ilə təchiz edilir. ZX sport kuzov dəsti, Adaptiv Dəyişən Asqı (AVS), beş sürüş rejimi və proyeksiyalı displeylə seçilir. TOYOTA GAZOO Racing təcrübəsindən ilhamlanan GR SPORT isə xüsusi bamperlər, geniş təkər arkaları və ofroud üçün nəzərdə tutulmuş elementlər təqdim edir.
Əfsanəvi yolsuzluq qabiliyyəti dəyişməz qalır
Hibrid sistem Land Cruiser-in yolsuzluq performansını qoruyacaq şəkildə inteqrasiya edilib. Qorunan akkumulyator sistemi avtomobilə 700 mm dərinlikdə su maneələrini keçməyə imkan verir. e-KDSS sistemi çətin relyefdə təkərlərin artikulyasiyasını və dartma qabiliyyətini artırır.
Yeni LC300 Hibrid Multi-Terrain Select, Crawl Control və Multi-Terrain Monitor kimi qabaqcıl yolsuzluq texnologiyaları ilə də təchiz olunub.
LC300 Hibrid artıq Azərbaycanda satışdadır
Dünyanın ilk hibrid Toyota Land Cruiser 300 modelini yaxından görmək, test sürüşü etmək və sifariş vermək üçün Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə rəsmi diler mərkəzlərinə müraciət edə bilərsiniz.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
-
40 telefon, 140 min manat və satılan ev - “İrşad Electronics”də qalmaqal - (Foto)
-
Yay bitməmiş hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
İlk hibrid mühərrikli Toyota Land Cruiser 300 - İndi Azərbaycanda satışdadır - (Foto)
-
Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı
-
Xaçmazda dayanacaqlar dəyişir - Yeni pavilyonlar quraşdırılır
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi – (Foto)
-
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
-
Adi 1 dollar sizi zəngin edə bilər: Bu əskinaslara diqqət edin! - (Foto-Video)
-
Şəhid anası vəfat edib
-
40 telefon, 140 min manat və satılan ev - “İrşad Electronics”də qalmaqal - (Foto)
-
Yay bitməmiş hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
İlk hibrid mühərrikli Toyota Land Cruiser 300 - İndi Azərbaycanda satışdadır - (Foto)
-
Rusiya Ukraynanın neft zavodunu vurdu
-
Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı
-
Sükan arxasında yuxuladı, avtomobili maneəyə çırpıldı – (Video)
-
Xaçmazda dayanacaqlar dəyişir - Yeni pavilyonlar quraşdırılır
-
"Sevimli "quşcuğazım", axı mənimlə evlənəcəyinə söz vermişdin" - Rəşid Behbudovun qızı - (Foto)
-
UEFA Çempionlar Liqasında püşkatma: “Sabah”ın rəqibləri bəlli olacaq
-
Bu ölkədən ölkəmizə gələnlərin sayında artım gözlənilir
-
Məktəbli formalarının qiymətləri açıqlandı - Siyahı
-
Nepalda 579 nəfər itkin düşüb - Azərbaycanlılar arasında varmı?
-
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb
-
Əməkdar artist: "Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?"
-
Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Elza Seyidcahan Laçında bu obrazı ilə gündəm oldu - (Video)
-
Yuji Belezanın Rafael Ağayevlə maraqlı dialoqu - (Video)
-
DYP əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
-
“Lion” – “Fənərbağça” matçından sonra dava düşdü - (Video)





