Məktəbli formalarının qiymətləri açıqlandı - Siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib.
Milli.Az xəbər verir ki, "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bildirib ki, bu il jaketlərin qiyməti də 30 manatdan 20-22 manata endirilib.
Qeyd edilib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir.
O vurğulayıb ki, köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manatdır. Məhsullar 100 faiz pambıq parçadan hazırlanır.
"Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Məktəb mövsümü ərəfəsində isə bütün şənbə və bazar günləri də daxil olmaqla, həftənin bütün günləri, ayın 15-dək fəaliyyət göstərəcəklər. Satış mərkəzlərinin ünvanları, əlaqə nömrələri, qaynar xətt və digər məlumatlar müəssisənin "Instagram" səhifəsində, eləcə də Bakı Tikiş Evinin internet saytında yerləşdirilib", - deyə o bildirib.
BTE həmçinin valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib:
"Valideynlərə təsadüfi satış yerlərindən mənşəyi və keyfiyyəti məlum olmayan məktəb formalarını almamaq tövsiyə olunur. Belə məhsulların hansı materialdan hazırlandığı məlum olmaya, həmçinin onların keyfiyyət və uyğunluq sertifikatları olmaya bilər.
Valideynlərə fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermələri tövsiyə edilir. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində onların keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir", - deyə müraciətdə bildirilib.


Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı
-
Xaçmazda dayanacaqlar dəyişir - Yeni pavilyonlar quraşdırılır
-
Bu ölkədən ölkəmizə gələnlərin sayında artım gözlənilir
-
Məktəbli formalarının qiymətləri açıqlandı - Siyahı
-
Nepalda 579 nəfər itkin düşüb - Azərbaycanlılar arasında varmı?
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
XƏBƏR LENTİ
-
Ali məktəblərdə boş qalan plan yerlərinin sayı açıqlandı
-
Sükan arxasında yuxuladı, avtomobili maneəyə çırpıldı – (Video)
-
Xaçmazda dayanacaqlar dəyişir - Yeni pavilyonlar quraşdırılır
-
"Sevimli "quşcuğazım", axı mənimlə evlənəcəyinə söz vermişdin" - Rəşid Behbudovun qızı - (Foto)
-
UEFA Çempionlar Liqasında püşkatma: “Sabah”ın rəqibləri bəlli olacaq
-
Bu ölkədən ölkəmizə gələnlərin sayında artım gözlənilir
-
Məktəbli formalarının qiymətləri açıqlandı - Siyahı
-
Nepalda 579 nəfər itkin düşüb - Azərbaycanlılar arasında varmı?
-
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb
-
Əməkdar artist: "Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?"
-
Bakıda ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi - Öldü
-
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
-
Elza Seyidcahan Laçında bu obrazı ilə gündəm oldu - (Video)
-
Yuji Belezanın Rafael Ağayevlə maraqlı dialoqu - (Video)
-
DYP əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
-
“Lion” – “Fənərbağça” matçından sonra dava düşdü - (Video)
-
Bakıda məşhur estetik mərkəzdə yoxlama: Ciddi qanun pozuntuları üzə çıxdı
-
Mahirin klubundan Əliyar Ağayevlə bağlı paylaşım - (Foto)
-
Yeni təmayül tədris modeli özünü doğrultdu: Lənkəranda 6 sinifdən 100 faizlik nəticə - (Foto)
-
Ziraat Bank Azərbaycanın ilk istiqraz emissiyası üçün “Açılış Zəngi” çalınıb - (Foto)
-
Meta yeniyetmələrin sosial media asılılığına görə 17 milyard ödəyəcək
-
Aparıcı Vüsalə 32 ildən sonra sinif yoldaşları ilə görüşdü: "Bu qocalar sinif yoldaşlarımdır" - (Video)
-
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6509-a çatıb
-
Küləkli və yağışlı hava bu tarixədək davam edəcək - Xəbərdarlıq





