Sağlamlıq

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

25 Avqust 2026 02:02
Baxış: 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır.

Milli.Az xəbər verir ki, hərəkət xəstəliyi zamanı ürəkbulanma ilə yanaşı baş ağrısı, soyuq tər və halsızlıq da müşahidə oluna bilər.

Əsas səbəb gözlərin gördüyü hərəkətlə daxili qulaqda yerləşən tarazlıq sisteminin qəbul etdiyi siqnallar arasındakı uyğunsuzluqdur. Bu vəziyyət təkcə avtomobildə deyil, təyyarə, gəmi və digər nəqliyyat vasitələrində də yarana bilər.

Səyahət zamanı narahatlığın azalması üçün avtomobilin ön və ya orta hissəsində oturmaq, mümkün qədər uzağa və hərəkət istiqamətinə baxmaq məsləhət görülür. Həmçinin kəskin qoxulardan uzaq durmaq və yola çıxmazdan əvvəl ağır, yağlı qidalar qəbul etməmək tövsiyə edilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.