İdman

Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb​

24 Avqust 2026 21:49
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun III turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).

Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya, II turda İspaniyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 8 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək./Report

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.