Ölkə

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)

24 Avqust 2026 23:40
Baxış: 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb.

Milli.Az xəbər verir ki, ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar. Ana Mirzəyeva Ülkər 39 yaşındadır. O, Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alacaq. Övladları Məryəm və Mövlud da yüksək bal toplayaraq qəbul imtahanlarında uğur qazanaraq tələbə adını əldə ediblər.

Qızı Mirzəyeva Məryəm 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mirzəyev Mövlud isə 570 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsində təhsil alacaq.

Bununla da bir ailənin üç üzvü - ana, qızı və oğulu bu ildən etibarən ali təhsil yoluna birlikdə çıxacaqlar. Məryəm və Mövlud atalarının işi ilə əlaqədar Sabirabad rayonunun Bulaqlı kənd orta məktəbində təhsil alıb. Evdən üç universitetə üç tələbə yollanacaq.

Xatırladaq ki, atalarının işi ilə əlaqədar Məryəm və Mövlud Sabirabadın Bulaqlı kənd orta məktəbindən məzun olublar.\Modern.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.