Cəmiyyət

Mahmud Qurbanov millinin baş məşqçisi oldu

24 Avqust 2026 17:39
Baxış: 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.

Milli.Az xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.

Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:

U-15 - Aleksandr Qross

U-16 - Famil Xəlilov

U-17 - Emin Mustafayev

U-18 - Mahmud Qurbanov

U-19 - Elgiz Kərəmli

Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.