Türkiyə

Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi

23 Avqust 2026 19:30
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin ən isti şəhərlərindən biri olan Şanlıurfada yüksək temperatur gündəlik həyata təsirsiz ötüşməyib.

Milli.Az TRT-yə istinadən xəbər verir ki, şəhərdə termometrlər 46 dərəcəni göstərib.

İstidən qorunmağa çalışan sakinlərin parklara və yaşıllıq ərazilərə üz tutduğu müşahidə olunub.

Bəzi vətəndaşlar günəş şüalarından qorunmaq üçün çətir və papaqlardan istifadə ediblər.

Yüksək temperaturun təsirini azaltmaq məqsədilə şəhərdəki avtobus dayanacaqlarında ventilyator sistemləri də işə salınıb.

Güclü istilər səbəbindən şəhərin bəzi ərazilərində həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətinin azaldığı bildirilib./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.