İdman

“Sabah” – “Hapoel” oyununa hakim təyinatları açıqlandı

23 Avqust 2026 14:18
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Sabah" - "Hapoel" (Beer-Şeva) cavab oyununun hakim təyinatları açıqlanıb.

Milli.Az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi İştvan Kovaç olacaq. Ona Mixay Marika və Ferents Tunyodi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək.

VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.

Qarşılaşma saat 20:45-də başlayacaq.

İlk matçda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.