Bir ay buludlara baxıb 8900 dollar qazandı – (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində 23 yaşlı gənc qeyri-adi işi sayəsində cəmi bir ay ərzində 8900 dollar qazanıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Henan əyalətində yerləşən məşhur Laocünşan dağında "bulud müşahidəçisi" vakansiyası açılıb.
İşin şərtlərinə əsasən, seçilən şəxs iyulun 16-dan avqustun 15-dək dağın zirvəsində yaşamalı, hər gün buludları və mənzərəni lentə alaraq video materiallar təqdim etməli idi. Bir aylıq əməkhaqqı 60 min yuan - təxminən 8900 dollar müəyyənləşdirilib.
Vakansiya böyük marağa səbəb olub. Cəmi bir həftə ərzində iş üçün 3500 nəfər müraciət edib. Onların arasından 23 yaşlı Li Siçen seçilib.
Gənc hər gün səhər saat 5-də oyanaraq gün doğandan gün batana qədər buludları və dağ mənzərələrini çəkib. Bu müddətdə o, videomontaj, rəng korreksiyası və dron idarəçiliyini də öyrənib. Havanın əlverişsiz olduğu günlərdə isə çəkiliş aparılmayıb.
Li çəkdiyi görüntüləri sosial şəbəkələrdə də paylaşaraq qısa müddətdə 6 min izləyici toplayıb. Buna baxmayaraq, özünü bloqer hesab etmir və gələcəkdə daimi iş tapmaq, sosial şəbəkələri isə hobbi kimi davam etdirmək niyyətindədir.
Dağ administrasiyası gələcəkdə bu iş üçün yenidən seçim keçirilə biləcəyini istisna etmir. Bildirilir ki, Laocünşanda daimi videooperatorlar çalışsa da, yeni insanların fərqli baxışı ərazini başqa rakurslardan təqdim etməyə imkan verir.
Laocünşan Çinin əsas daoizm ziyarətgahlarından biri hesab olunur və onun tarixi iki min ildən artıqdır. Rəvayətə görə, eramızdan əvvəl VI əsrdə filosof Lao-tszı burada düşüncələrə dalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
“Sabah” hesabı açdı - Yenilənir - Canlı
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
-
78 yaşlı müğənni 3-cü dəfə evləndi - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib





