Hadisə

Azərbaycan millisi Avropa çempionatında İspaniya ilə qarşılaşacaq

23 Avqust 2026 11:48
Baxış: 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Bakıda keçirilən Avropa çempionatında növbəti oyuna çıxır.

Milli.Az xəbər verir ki, Faiq Qarayevin komandası bu gün C qrupunun 2-ci turunda İspaniya yığması ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək oyun saat 18:30-da başlanacaq.

Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları üz-üzə gələcəklər. Bu görüş daha əvvəl - saat 15:30-da start götürəcək.

C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turda Portuqaliyaya qalib gələn (3:1) Azərbaycan millisi 3 xalla qrup lideridir. Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Xalı olmayan Portuqaliya sonuncu - altıncı sıradadır.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.