Məşhurların ölümündən sonrakı “macəraları” – MÜƏMMA davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük insanlar dünyasını dəyişdikdən sonra da dillərdən düşmürlər. Buna səbəb isə onların ölümündən sonrakı "macəraların" insanları hələ də heyrətləndirməsidir. Qismən əfsanələr və sənədləşdirilmiş detallarla əhatə olunmuş bu hekayələr illərdir araşdırılır. Bəs, ölümündən sonra da "axtarılanlar" kimlərdir?
Yoxa çıxan kəllə
Nikolay Qoqol - Rus yazıçı, mistik: 1931-ci ildə yazıçının məzarı Danilov monastırı qəbiristanlığından Novodeviçi qəbiristanlığına köçürülən zaman Qoqolun kəlləsinin olmadığı aşkar edilib. Tabutda başsız, lakin frak paltoda bir skelet var idi. Sonradan araşdırılma aparılsa da dəqiq qənaətə gəlinmədi. Amma əsas ehtimala görə, kəllə 1909-cu ildə məşhur teatr antikvar kolleksiyaçısı Aleksey Baxruşin tərəfindən oğurlanıb. İddialara görə, o, qəbirqazanlara rüşvət verib. Yazıçının kəlləsinin harada olduğu hələ də məlum deyil.
İki kəllə sahibi
İosif Haydn - Avstriyalı bəstəkar: onun tabutunda iki kəllənin olması insanları dəhşətə gətirmişdi. Sonradan məlum oldu ki, 1809-cu ildə dəfn mərasimindən dərhal sonra frenologiyanın (kəllə formasını xarakterlə əlaqələndirib öyrənən qondarma elm sahəsi) iki tərəfdarı həbsxana gözətçisinə rüşvət verərək başı məzardan oğurladıblar. Onlar dahinin "musiqi istedadını" öyrənmək istəyiblər. İtki aşkar edildikdən sonra kəllənin qaytarılmasını tələb ediblər. "Alimlər" başqasının, üstəlik qadın kəlləsini gətirib məzara qoyublar. Əsl kəllə isə 1954-cü ildə tapılıb gətirilib, amma yad kəllənin də tabutda qalmasına qərar verilib.
Pul üçün qaçırılan meyit
Çarli Çaplin - dünya şöhrətli ingiis komedist, rejissor: Onun meyiti 1978-ci ildə İsveçrədəki məzarından oğurlanıb. İki işsiz mühacir tabutu qazıb cəsədi oğurlayandan sonra Çaplinin dul xanımından 600 min frank girov pulu tələb ediblər. Qadın pulu ödəməkdən imtina edib polisə xəbər verir. Polis cinayətkarları telefon zəngləri vasitəsilə izləyib. Duyuq düşən oğrular meyiti qarğıdalı tarlasında basdırıb qaçmışdılar. Əfsanəvi aktyorun nəşi qəbiristanlığa qaytarıldıqdan sonra məzar qalın beton təbəqəsi ilə doldurulub.
Qara paltarlı oxucu
Edqar Allan Po - ABŞ-nin məşhur mistik yazarı: onun Baltimordakı məzarını qara geyimli sirli bir qərib illərdir ziyarət edir. Hər il 19 yanvarda (Ponun ad günündə) gizli bir pərəstişkar məzar daşına üç gül və ağzı açıq bir fransız konyakı qoyurdu. Kimliyi heç vaxt açıqlanmayan bu şəxsin ənənəsi 2009-cu ildə sona çatıb.
Təhqir olunan meyit
Volter adı ilə tanınan Fransua Arue - fransız yazarı, filosofu: ölümündən sonra bir sıra təhqirlərə dözməli oldu. Onun ürəyi çıxarılıb uzun müddət ayrı saxlanılıb (indi Paris Milli Kitabxanasındadır). Fransa İnqilabı zamanı filosofun nəşinin qalıqları Panteona köçürülüb. Lakin 1814-cü ildə bir qrup dini fanatik Volterin sümüklərini oğurlayıb kanalizasiyaya atıblar. Bu fakt alnız XIX əsrin sonlarında, Panteondakı tabut tamamilə boş tapıldıqda təsdiqləndi./Bizim.Media
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq
-
Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
-
Azərbaycanda xarici onlayn xidmətlərə vergi tələbi qüvvəyə mindi
-
Gədəbəydə ağır qəza: Niva yoldan çıxaraq aşıb
-
Məşhurların ölümündən sonrakı “macəraları” – MÜƏMMA davam edir
-
Makaronun yapışmaması üçün sadə üsul
-
Bu bitki stressi və qan şəkərini azaltmağa kömək edə bilər
-
Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi
-
Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
-
Maşında ürəkbulanmanın yaranma səbəbi
-
Bu restoranda hər şey baş-ayaqdır: Nə masası var, nə də qapısı...
-
Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş
-
2026-cı ilin noyabrı dünyanın sonudur! - Alimlər 66 il əvvəl niyə belə düşünüb?
-
Dabanınız çatlayırsa, bunu edin
-
Braziliyada alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
-
"Zirə" evdə "İmişli"ni məğlub edib
-
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
-
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov
-
Anxel Di Mariya buna görə karyerasını bitirmək istəyir
-
Fənərbaxça”dan Taliska açıqlaması
-
İsmayıllıda göldə bacı-qardaş batıb
-
8 il sonra eyni serialda çəkiləcəklər
-
"Şəfa" "Qəbələ"yə qalib gəldi





