Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratların kəskin şəkildə rasiondan çıxarılması halsızlıq, baş ağrısı, əsəbilik, diqqət dağınıqlığı və digər sağlamlıq problemləri ilə nəticələnə bilir.
Karbohidratları rasiondan tamamilə çıxarmaq sağlamlıq üçün təhlükəlidirmi? Bu hal orqanizmdə hansı problemlərə səbəb ola bilər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, karbohidratlar gündəlik qəbul etdiyimiz bir çox qidanın tərkibində var:
"Hətta ayrıca karbohidratlı məhsullar qəbul etməsək belə, şirin qidalar və digər qida məhsulları vasitəsilə bədənə kifayət qədər, bəzən isə həddindən artıq miqdarda karbohidrat daxil olur. Ona görə də karbohidratların mümkün qədər məhdudlaşdırılması vacibdir. Çünki artıq miqdarda qəbul edilən karbohidratlar orqanizm üçün əlavə yük yarada bilər. Onlar bədəndə enerji ehtiyatı kimi depolaşa, artıq qəbul edildikdə isə çəki artımına, metabolik pozuntulara və uzunmüddətli perspektivdə şəkərli diabet kimi problemlərin yaranmasına zəmin yarada bilər".
Adil Qeybulla vurğulayıb ki, yüksək miqdarda karbohidrat qəbuluna ehtiyac daha çox ciddi fiziki fəaliyyət göstərən insanlarda özünü göstərə bilər:
"Lakin hazırda insanların əksəriyyətinin gündəlik fiziki aktivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Hərəkətsiz həyat tərzi, oturaq iş və fiziki aktivliyin kifayət qədər olmaması nəticəsində qəbul edilən artıq kalorilər bədəndə sərf olunmadan qala bilər. Bu baxımdan, rasionda karbohidratların miqdarına nə qədər diqqət etsək və xüsusilə artıq karbohidrat qəbulunu nə qədər azaltsaq, sağlamlığımızın qorunmasına bir o qədər töhfə vermiş olarıq. Əsas məsələ isə karbohidratları tamamilə qidadan çıxarmaq deyil, onların miqdarını və mənbəyini düzgün seçməkdir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb - (Video)
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir





