İdman

Fənərbaxça”dan Taliska açıqlaması

22 Avqust 2026 22:30
Baxış: 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Fənərbaxça" Anderson Taliskanın gələcəyi ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, klub braziliyalı futbolçunun "Konyaspor"la matçın heyətinə daxil edilməməsinin xarici oyunçu limiti ilə bağlı olduğunu bildirib.

Klubun açıqlamasında qeyd olunub ki, Taliskanın heyətdən kənarda qalması 10+4 əcnəbi futbolçu qaydası çərçivəsində qəbul edilən qərardır. Hazırda komandada 11 legioner olduğu üçün onlardan biri matçın heyətinə daxil edilə bilməz.

Texniki heyətin planına əsasən, Anderson Taliska həftəiçi keçiriləcək "Olimpik Lion"la oyun nəzərə alınaraq ona istirahət verilib və həmin qarşılaşmanın heyətində yer alacaq./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.